Deputat YAP-dakı sədr vəzifəsindən getdi - "Haqqınızı halal edin"
24 İyun 2021 06:43 SiyasətYeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova (İbrahimqızı) vəzifəsindən gedib.
Bu barədə M. İbrahimqızı Feysbuk səhifəsində paylaşım edib. O, qeyd edib ki, YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransı keçirilib. Hesabat konfransında sədr dəyişikliyi olub.
M. İbrahimqızı uzun illər rəhbərlik etdiyi təşkilatın üzvləri ilə də vidalaşıb: "Haqqınızı halal edin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31