ABŞ-Rusiya qarşıdurması kimin başında çatlayacaq?
“ABŞ Rusiya ilə strateji partnyor olan dövlətlərdə daxili qarşıdırmanın güclənməsi üçün əvvəldən və xüsusi texnologiya əsasında hazırlanmış planlarını həyta keçirməkdədir”.
23 İyun 2021 15:05 Siyasət"ABŞ Rusiya ilə strateji partnyor olan dövlətlərdə daxili qarşıdırmanın güclənməsi üçün əvvəldən və xüsusi texnologiya əsasında hazırlanmış planlarını həyta keçirməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, hakimiyytlər daxilində ABŞ (Qərb) meyillilərlə Rusiya meyillilər arasında qarşıdurmanı dərinləşdirəcək: "Nüfuz agentlərinin hakimiyyətlərin içərisinə nüfuz etməsinə və onların qərar qəbuletmə proseslərinə təsir göstərməsinə nail olacaq. "Yumuşaq təsir" donorlarının layihələrinin genişlənməsinə başlayacaq və hakimiyyətlərlə əməkdaşlıq etməklə qanunvericiliyin və praktikanın dəyişməsinə nail olacaqlar. Əhalinin əsas problemlərini xüsusi texnologiya əsasında qabartmaqla kütləvi narazılıq yaratmağa səy göstərəcəklər. Protest elektortının idarə olunması üçün liderlər yetişdirəcəklər".
Hüquq müdafiəçisi qeyd edib ki, Rusiya özünün təsir zonası hesab etdiyi dövlətlərdə hakimiyyətin bütün qollarında öz adamlarının sayını artırmaqda davam edəcək: "İqtisadi rıçaqlardan istifadə etməklə dövlətlərə təzyiqlərini artıracaq (miqrantların geri qaytarılması, məhsul (mal) idxalına müvəqqəti embarqo və s.). Açıq şantaj və hədə üsullarından istifadə edəcək. Ölkələrin daxilində təxribatlar törətməklə hakimiyyətləri ABŞ və Qərblə əməkdaşlıqdan çəkindirəcəklər".