“Deputatsansa, söyülməlisən”

Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Tahir Kərimli millət vəkillərinə olan münasibətdən narahatçılıq keçirdiyini deyib. Bildirib ki, belə bir fikir formalaşıb ki, "deputatsansa, söyülməlisən". Deputat həmçinin dövlət büdcəsinə yenidəb naxılmasını təklif edib: "Mən təklif edirəm ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılsın, bəzi sahələrə ayrılan vəsaitin artırılması gözdən keçirilsin. Biz çatışmazlıq olan məqamları qeyd edirik, amma bəzən birmənalı qarşılanmır. Xalq isə söyüş söyənlərə daha çox əhəmiyyət verir. Kimsə fərqli çıxış edəndə deyirlər ki, öyrədilib. Populist çıxışlar edənlər daha çox diqqət cəlb edir. Büdcə ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31