Köçəryanı İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan, onun yürütdüyü uğurlu siyasət və diplomatiya darmadağın etdi"

Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu və nəticələri də artıq bəllidir. Səslərin hesablanmasına görə Paşinyan liderdir və hələ də ölkənin ən güclü siyasi qruplaşması olan "Qarabağ klanı"nın namizədi cinayətkar Koçaryandan təxminən üç dəfə çox səs topladı.
Bəs, necə oldu ki, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini çapıb-talayıb satmaqla milyonlar qazanan və kifayət qədər hərtərəfli güclü xarici dəstəyi olan mafioz Koçaryan uşaq adlandırdığı və Ermənistanın məğlubiyyətini bütövlükdə adına yazmağa çalışdığı Paşinyana belə biabırcasına məğlub oldu?!
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyir ki, əslində bu sualın cavabı 27 sentyabrdan 8 noyabra qədər başa verən hadisələrdə və onların məntiqi nəticəsi kimi 10 noyabrda imzalanan Bəyanatda idi: "Sadəcə həmin hadisələri, imzalanan bəyanatı və bununla da Azərbaycanın müəllifliyi ilə ortaya qoyulmuş və artıq tarixi zərurətə çevrilmiş yeni reallığı dərk etmək bacarığı lazım idi. Bunu isə "dəmir yumruğ"un zərbəsini dadmış və ondan lazımi nəticə çıxarmış Paşinyan zamanında dərk etdi!.
Mərkəz rəhbəri hesab edir ki,  elə buna görə də , müharibədə məğlubiyyətə, ona və ailəsinə qarşı hazırlanmaqda olan vendettaya rəğmən kapitulyasiya aktına imza atdı, erkən seçkilər elan etdi, bizim lehimizə müxtəlif bəyanatlar səsləndirdi və lazım gələndə hətta hər şeyə rəğmən forpostu olduğu Rusiyanın bostanına daş atamağa da cəhdlər etdi: "Çünki, Azərbaycanın ortaya qoyduğu tarixi reallığl dərk etmişdi, elə onun özünü zamanında hakimiyyətə gətirən güclərin də qəbul etdiyi reallığı anlamışdı. Bu reallığın tərkib hissəsi olan Şuşa bəyannaməsinin zəruriliyini, gücünü və mahiyyətini dərk edirdi!
Bəli, cinayətkar, mafioz və terrorçu Köçəryanı Paşinyan və onun siyasi potensialı deyil, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan və onun yürütdüyü uğurlu siyasət və diplomatiya darmadağın etdi! Təsadüfi deylidi ki, işğaldan azad edilmiş ərazilərdə çıxış edərkən müzəffər Ali Baş Komandan və qalib Prezident İlham Əliyev "biz Paşinyanın deyil, Koçaryan və Sarkisyanın ordusunu məğlub etdik" deyirdi! Elə buna görə də, əminliklə demək olar ki, tarixə qovuşmuş Qarabağ münaqişəsindən sonra qalmaqda olan mina xəritələri, boşaldılmalı olan kəndlər, ərazilərimizdə olan terrorçu ermənilər, sərhəd məsələsi və ən əsası Zəngəzur dəhlizi ilə bağlı problemlər də çox qısa zamanda həllini tapacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır: "İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə "Qarabağ klanına" "yox" deməklə həm də Rusiyaya "yox" dedi.

Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31