İlham Əliyev Paşinyana kömək etsəydi....
21 İyun 2021 12:27 Siyasət"Ermənistanda növbədənkənar parlament seçkiləri nəhayət sona çatdı və ilkin nəticələrə əsasən Baş Nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" blokunun hökuməti formalşdırmağa kifayət edəcək sayda səs topladığı məlum oldu: 53.92 faiz. Seçkiqabağı kompaniyanı izləyən mütəxəssislər Paşinyanın yenidən Baş Nazir seçiləcəyini proqnozlaşdırır və bu zaman Ermənistan daxilində olan bəzi müxalif qüvvələr onun qalib gəlməsi üçün Azərbaycan tərəfindən də Azərbaycan həbsxanalarında terror törətməkdə təqsirli bilinərək hökm gözləyən Ermənistan vətəndaşlarının geri qytarılması kimi müəyyən addımların atılacağını söyləyirdilər". Olaylar"ın məlumatına görə, politoloq Əlimusa İbrahimov bildirib ki, həqiqətən də beynəlxalq təşkilatların səyi ilə əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan və Azərbaycanlılara qarşı ağır cinayətlərdə əli olmayan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilidi: "Amma Paşinyana müxalif olan qüvvələr bu faktdan Baş Nazirin səlahiyyətlərinin icraçısına qarşı istifadə edə bilmədilər. Daha doğrusu istədikləri istiqamətdə istifadə edə bilmədilər. Onlar bu dəfə Azərbaycanın bu addımını İlham Əliyevin Paşinyana seçki dəstəyi formasında təqdim edə bilmədilər. 97 min tank və piyada əleyhinə minanın 15 erməni qarşılığında çox böyük əvəz olduğunu bəyan etməyə başladılar. Azərbaycan tərəfindən Paşinyana "seçki dəstəyi" bununla da bitdi. Erməni auditoriyası seçki gününə qədər bu dəstəyi gözləsə də istəyinə nail olmadı və Paşinyan bu dəstəksiz qalib gəldi. Amma sona qədər Azərbaycan tərəfinin Paşinyana "jestini" gözləyən erməni müxalifəti nəticədə özü bunu uydurmağa başladı".
Onun sözlərinə görə, Eremənistanda yetərincə nüfuzu olan və keçmiş prezident Robert Köçəryana yaxınlığı ilə tanınan "zham.am" saytı 18 iyun sayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son iki həftədə Ermənistan və Nikol Paşinyan haqqında ciddi bəyanatlar səsləndirməməsini məhz Baş Nazir səlahiyyətlərinin icraçısı üçün "seçkiqabağı dəstək" kimi qiymətləndirib: "Bax budur "erməni kreativliyi." Onlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ermənin riyakarlığının dünya dövlətləri qarşısında mərhələ-mərhələ, məntiqli dəlillərlə ifşasına o qədər alışıblar ki, bu ifşa davam etməyəndə özlərini narahat hiss edir və burada hansı oyunun gizləndiyi haqda şübhəyə düşürlər. İlham Əliyev Nikol paşinyanın seçkidə qalib gəlməsi üçün yardım etmədiyi halda o, höküməti formalaşdırmağa imkan verəcək qədər səs toplayıb. Əgər bu istiqamətdə Azərbaycan tərəfindən hər hansı bir iş görülsəydi Ermənistan parlament bu dönəmdə müxalifətsiz işləməli olardı".
Əlimusa İbrahimov
Politoloq