Ermənistanda seçkilər: İlkin nəticələr açıqlandı - SON DƏQİQƏ
20 İyun 2021 19:44 SiyasətErmənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin statistika açıqlanıb.
Redaktor.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası saat 17.00-a qədər seçkilərdə iştirakın 38.17% təşkil etdiyini, 989.972 seçicinin səs verdiyini açıqlayıb
Xatırladaq ki, 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı saat 17: 00-a qədər səsvermə nisbəti 39,54% təşkil etmişdir.
Saat 17.00-dək seçicilərin 40,15% -i İrəvanda, 29,41% -i Ermənistanın ikinci böyük şəhəri Gümrüdə, 37,62% -i isə Vanadzor şəhərində səs verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31