Ermənistanın Baş Prokurorluğu seçkilərdə qanun pozuntularının sayını açıqladı
20 İyun 2021 20:02 SiyasətErmənistanın Baş Prokurorluğuna seçki prosesində qanunları pozulması ilə əlaqədar 64 məlumat daxil olub.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
"Bunlar, xüsusən səsvermənin gizliliyinin, seçki siyahılarının tərtib edilməsi prosedurunun pozulması, çoxsaylı səsvermə, rüşvət almaq və ya vermək, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq, seçki məntəqələrində və ya ətraf ərazilərdə zorakılığa əl atmaqla əlaqədardır", - deyə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Edqar Arsenyan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31