Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq - Ömər Çelik
19 İyun 2021 14:27 SiyasətTürkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.
Olaylar.az bildirir ki, bunu Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.
O, bir neçə gün əvvəl Şuşa şəhərinə səfər etməkdən böyük sevinc hissi duyduğunu bildirib:
"Şuşa kimi tarixi türk şəhərində, türk dünyasının qəlbinin döyündüyü bir yerdə olmaq bizim üçün çox sevindirici idi. Orada çox önəmli detalı qeyd etmək lazımdır. Ermənistanın işğalından sonra bu haqsız işğalı qeyd etdikləri yerdə indi iki prezidentin iştirakı ilə zəfər qeyd olundu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31