Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov
19 İyun 2021 12:18 SiyasətQarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir:
"Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31