Rusiya Qarabağla bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır - Peskov
18 İyun 2021 14:29 SiyasətRusiya Qarabağda vəziyyətin sabitləşməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı atılan bütün addımlar Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına gətirib çıxarmalıdır:
"Eyni zamanda bu addımlar gərginliyin artımına xidmət edəcək heç bir elementə yol açmamalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31