Ərdoğan-Bayden, Putin-Bayden görüşünün regional problemlərin həll olunmasına verəcəyi töhfə

İyun ayının 14-ü  üçün nəzərdə tutulan Ərdoğan-Bayden görüşü və o cümlədən iyun ayının 16-na nəzərdə tutulan Putin-Bayden görüşşü regional və qlobal qüvvələr tərəfindən böyük səbirsizliklə gözlənilir. Həqiqətən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin beynəlxalq münasibətlər sahəsində  yeridəcəyi kursun müəyyən edilməsində bu görüşlərin əhəmiyyəti olduqca böyükdür. Öncə Ərdoğan-Bayden görüşnə toxunmaq məqsədəuyğun olardı. Baydenin Ərdoğanla Putindən qabaq görüşməsi onun Türkiyə -Amerika münasibətlərinə verdiyi önəmdən irəli gəlir və elə bu mövqedən çıxış edərək inamla qeyd etmək olar ki, iki lider arasında baş tutacaq bu görüş yeni münasibətlər sisteminin yaranmasına təkan verəcək. Bayden Türkiyənin üzləşdiyi həssas məqamları diqqətlə dinləyəcək və Ərdoğanı narahat edən regional problemləri qəbul etməyə çalışacaq. Bu görüşün ölkələr arasında bu vaxta qədər mövcud olan ciddi fikir ayrılıqlarına son qoyacağı qənaətindəyəm və hər iki lider mövcud vəziyyətin yumşaldılması haqqında düşündüklərini bird aha əyani şəkildə sübut edəcəklər.

Heç şübhəsiz Baydenlə  Dağlıq Qarabağ və qondarma " genosid"  məsələsi müzakirə olunacaq və onun bu sözü nitqinə daxil etməsinin yanlış olduğu Ərdoğan tərəfindən izah ediləcək. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətində apardığı mübarizənin əsil mahiyyəti də ona izah edilərək ermənilərin Rusiyanın dəstəyi ilə regionda oynadığı destruktiv rol sübuta yetiriləcəkdir. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri də simvolik əhəmiyyət daşıyır.  Türkiyə Prezidenti Baydenlə görüş zamanı Dağlıq Qarabağ məsələsində əldə etdiyi nailiyyəti şəxsən özü hörmətli cənab prezidentimiz İlham Əliyevlə bölüşəcək. Bu görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazla bağlı narahatlığı müəyyən qədər aradan qaldırılacaq və Türkiyə NATO vƏ ABŞ tərəfindən bu bölgədə nəzərdə tutulan məsələləri həyata keçirmək üçün vəzifələndiriləcək. Düşünürəm ki, görüşdən sonra Türkiyənin Cənubi Qafqazda fəaliyyət dairəsi daha da genişləndiriləcək. Amerika tərəfindən Türkiyəyə veriləcək mandate və dəstək erməni revanşistlərinin də qəzəbinin soyumasına təsir göstərəcək və beləliklə onlar Türkiyə ilə əməkdaşlıq etməyə məhkum olduqlarını bird aha yəqin edəcəklər.

Ərdoğan-Bayden görüşündən fərqli olaraq Putin-Bayden görüşünün ciddi müsbət nəticələr verəcəyi qənaətində deyiləm. Çünki Putin Rusiyasının Amerikadan istədikləri həqiqətən çox ciddi məsələlərdir ki, Bayden nbu məsələlərin qarşılıqlı həll olmasına gedə bilməz. Təkcə Ukrayna məsələsi iki ölkə arasında münasibətləri yetərincə korlayan və həll yolu yolu görünməyən məsələdir. Amerika Rusiyaya güzəştə getməklə qlobal güc kimi nüfuzunun itirilməsi ilə barışa bilməz və düşünürəm ki, görüşdən sonra ABŞ-Rusiya münasibətlərində baş verəcək dönüş nöqtəsindən danışmaq mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin də bu görüşdə müzalirə olunacağını düşünmürəm. ümumiyyətlə Ermənistan kəlməsi bu iki prezidentin görüşəcəyi müddətdə dilə gətirilməyəcək. Görüşün neçə saat davam edəcəyindən asılı olmayaraq. Amma istənilən halda bu görüş də iki dövlət arasında davam edən mənfi ritorikanın səngiməsinə səbə ola bilər. Ərdoğan-Bayden, Putin-bayden görüşündən sonra Amerika Birləşmiş Ştatlarının Türkiyə vasitəsi ilə olsa belə regiona müdaxiləsi güclənəcək. Bu da mövcud münaqişələrin aradan qaldırılması, qarşılıqlı inam və etibarın möhkəmlənməsi ilə nəticələnə bilər.

Əlimusa İbrahimov.

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31