Səfirlər geri qayıdır - Putin və Bayden razılığa gəldi
16 İyun 2021 22:11 SiyasətRusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden səfirlərin iş yerlərinə qayıtması barədə razılığa gəliblər.
Olaylar.az xəbər verir ki, bu barədə Putin Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, danışıqlarda bir neçə ay əvvəl qarşılıqlı olaraq geri çağırılan səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31