NATO Azərbaycana Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə minnətdardır

Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatları dəstəkləyir və NATO buna görə minnətdardır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Latviyanın sabiq müdafiə naziri, Latviyanın NATO-dakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Latviya NATO üzvü olaraq Azərbaycanla alyansın münasibətlərini müsbət qiymətləndirir: "Azərbaycan və NATO hərbi tədris sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan həm də hərbi tədris sahəsində NATO tərəfindən tövsiyə olunan islahatları həyata keçirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31