Politoloq: “Şuşada konsulluğun açılması mənəvi və siyasi əhəmiyyətə malikdir”
16 İyun 2021 16:47 Siyasət"Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi Rusiya, İran və Fransaya çox ciddi ismarıcdır. Əgər kimsə Azərbaycana qarşı çaşarsa, qarşısında türk ordusunu görəcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, dronların Azərbaycanda istehzalı ölkəmizin hətbi - texniki imkanlarını artıracaq və dostlarımızın da sayını genişləndirəcək: "Şuşada konsulluğun açılması mənəvi və siyasi əhəmiyyətə malikdir. Adətən belə yerlərdə dipkorpusun nümayəndələrinin yerləşdirilməsi ciddi hadisə sayılır. Yadınıza bir müddət əvvəl Qüdsə ABŞ və bir sıra digər ölkələrin səfirliklərinin köçürülməsini salıram. İmzalanan bu sənəd London tərəfindən birbaşa, Vaşinqton tərəfindən dolayısı ilə dəstəklənirsə, Azərbaycanın qələbəsidir. Əgər 100 il əvvəl Qars müqaviləsi bizi Naxçıvanda möhkəmləndirdisə, Şuşa Bəyannaməsi ilə, Azərbaycan bütün sərhədlərini mümkün gələcək təhlükələrdən sığortalayacaq, Zəngəzurda möhkəmlənəcək".