Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hikmət Hacıyev
16 İyun 2021 16:26 SiyasətAzərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir: "Azərbaycan Qoşulmama Hərəkatı platformasını beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31