Regionda təhlükəsizliyi təmin ermək üçün yeni güc platformasının yaranması zəruri idi

“II Qarabağ savaşından sonra  bəzi məkrli qüvvələrin diş qıcaması, ermənilərə havadarlıq etməsi prosesndə  həssas bölgə olan Cənubi Qafqazda  yeni güc platformasının yaranması zərurəti ortalığa çıxdı.

"II Qarabağ savaşından sonra  bəzi məkrli qüvvələrin diş qıcaması, ermənilərə havadarlıq etməsi prosesndə  həssas bölgə olan Cənubi Qafqazda  yeni güc platformasının yaranması zərurəti ortalığa çıxdı. Regionda və  o cümlədən Ermənistanda gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, sülhə təhlükə təhdidləri artmaqda davam edir. Müharibə cinayətlərində, dinc insanlara qarşı törədilən soyqırımlarda birbaşa iştirakı olan Ermənistanın keçmiş prezidentləri Koçaryan -Sarkisyan cütlüyü və  digər qüvvələr  regionda möhkəm sülhü, gələcəyə istiqamətlənən iqtisadi inkişafı qəbul etmək fikirində deyillər". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, məhz belə məqamda  Azərbaycan  və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi bu məkrli qüvvələrə ciddi mesajdır. Onu qeyd edim ki,  Şuşa Bəyannaməsi  hər hansı üçüncü dövlətə qarşı imzalanmış sənəd deyil. Əslində bu strateji sənədlər regionda marağı olan tərəflərə normal, qarşılıqlı əməkdaşlıq mesajıdır: "Digər önəmli məqam ondan ibarətdir ki,  sülhə, sabitliyə  və bu iqtisadi əməkdaşlığa əngəl olmaq  istəyənlər Türkiyə və Azərbaycanın, həmçinin digər tərəfdaşların timsalında formalaşmış  yeni güc platforması ilə üzləşəcəklər. Zamanın tələbinə görə, bu, güc platformasının və iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi ehtimalı çox böyükdür. Bir sözlə   Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  imzaladıqları Şuşa Bəyannaməsi regiona sabitlik, sülh və rifah gətirmək gücündə olacaq sənəddir. Uğurlu olsun!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31