ABŞ və Rusiya prezidentləri Qarabağı müzakirə edəcək
15 İyun 2021 11:27 SiyasətABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:
"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İran nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31