Deputat təklif etdi: “Ərdoğan Şuşanın fəxri vətəndaşı olsun”
“Ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" Konsepsiyası uğurla inkişaf edir, gücümüzə güc qatır, xalqlarımıza nailiyyətlər bəxş edir.
14 İyun 2021 10:35 Siyasət"Ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" Konsepsiyası uğurla inkişaf edir, gücümüzə güc qatır, xalqlarımıza nailiyyətlər bəxş edir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcəkdir. Xoş gəlib, səfa gətirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Quliyev əlavə edib ki, Bakı da, Şəki də, Naxçıvan da, Gəncə də, Lənkəran da, Azərbaycanın hər bölgəsi onun doğma evidir: "Amma bu səfərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, böyük dünya Lideri cənab Ərdoğan mədəniyyət paytaxtımız olan Şuşaya gedəcək, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə birlikdə tarixi şəhərimizin yeni doğuluşunun bünövrə daşları olacaq layinələrin əsasını qoyacaqlar, tarixi sənədlər imzalayacaqlar. 44 günlük Zəfər Savaşı dövründə Türkiyə dövlətinin və şəxsən cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın əsil təntənəsi oldu. Bu dəfə iki qardaş ölkənin qardaş Liderləri Şuşa ucalığında qürurla dalğanacaq ay ulduzlu cüt bayrağın sülh, qardaşlıq, tərəqqi və ədalət salamını dünyaya çatdıracaqlar. Bu Şuşanın tarixinin ən şərəfli günlərindən biri olacaqdır. Cənab Prezidentin qalib Ali Baş Komandan olaraq Şuşaya ilk səfəri kimi, Hörmətli Mehriban xanımın təşkilatçılığı ilə Şuşada yüksək səviyyədə keçirilən "Xarı Bülbül" festvalı kimi cənab Ərdoğanın Şuşaya səfəri də tariximizə qızıl hərflərlə yazılacaqdır. Müqəddəs yerlərə səfər ziyarətdir! Uca Allah ziyarətinizi qəbul eləsin cənab Ərdoğan!!! Çox arzu edirəm və təklif edirəm ki, Cənab Rəcəb Tayib Ərdoğan Şuşanın fəxri vətəndaşı olsun!!! Bu ad Şuşaya da yaraşır, cənab Rəcəb Tayyib Ərdoğana da! Tanrı birliyimizi qorusun!"