Daha iki erməni Azərbaycan TƏRƏFƏ KEÇDİ

Zəngəzurun Tex kəndinin iki sakini təsərrüfat işləri görən zaman Azərbaycan tərəfə keçib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 12-də traktorla təsərrüfat işləri aparan Tex kəndinin iki sakini azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan və Ermənistan hərbçiləri, eləcə də rus sülhməramlılarının arasında aparılan danışıqdan sonra kəndlilər və traktor qaytarılıb", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31