Robert Köçəryanın hakimiyyətə olan son ümidləri doğrulacaqmı?

    Ermənistanda iyunun 20 nə nəzərdə tutulmuş seçki marafonu son həftəsinə qədəm qoymaqdadır. İyunun 7-dən Eremənistanda seçkiqabağı kompaniyaya rəsmi şəkildə start verilib. Seçkilərin isə iyunun 20-də keçirilməsi qərara alınıb. Ekspertlərin fikrincə 1-ci yer uğrunda mübarizə Baş Nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanın rəhbərliyi altında  " Vətəndaş müqaviləsi " bloku ilə keçmiş prezident Robert Koçaryanın rəhbərliyi altında "Ermənistan " bloku arasında gedir. Amma bu o demək deyil ki, kiçik partiyalar oyundankənar vəziyyətdədir. Onların müəyyən mərhələdə həlledici rol oynayacağı istisna olunmur. Politoloq Əlimusa i brahimov bildirib ki, Robert Köçəryan parlamentdə təmsil olunmaq üçün " ölüm-dirim" mübarizəsinə başlayıb. Bu işdə ona Rusiyadan çox ciddi dəstək var. Eyni zamanda Qarabağ klanından olan və Ermənistanda hələ də yüksək vəzifə tutan, Paşinyanın vəzifədən uzaqlaşdırmağa imkan tapmadığı  Köçaryanın tərəfdarları ciddi-cəhdlə onun yenidən siyasi səhnəyə qytarmağa çalışırlar. Köçaryanın parlamentə düşməkdə real qüvvə ola biləcəyini sübut etmək və reytinqini qaldırmaq üçün süni rəy sorğularından da istifadə olunur. Bu rəy sorğuları ikinci prezidentin çox cüzi fərqlə Baş Nazirin vəzifələrini icra edən Paşinyandan geri qaldığını göstərir.
     Amma əslində vəziyyət necədir və Robert Köçaryan hakimiyyətin yuxarı pilləsində təmsil olunmağa nə qədər yxındır?
     Məlum olduğu kimi Robert Köçaryanın növbədənkənar parlament seçkilərində iştirak etməkdə əsas məqsəi özünü və yaxınlarını hakimiyyətə yeni qüvvə ilə gələcək Nikol Paşinyanın qəzəbindən qorumaqdır. O, bu məqsədə çatmaq üçün rəhbərlərindən biri olduğu Qarabağ erməni klanının imkanlarından istifadə etməyi nəzərdə tutur. Qarabağ klanı da Köçəryanın hakimiyyətə gəlməsini özü üçün ikinci nəfəs hesab edir. 
     Deməli, Robert Köçaryanın parlament seçkilərində arxalandığı 100-150 min nəfərdən ibarət Qarabağ erməni kütləsidir. Amma Qarabağ ermənilərinin heç də hamısı onu Baş Nazir kimi görmək istəmir və səsin müəyyən hissəsinin 3-cü prezident Serj Sarqsyana veriləcəyi şübhəsizdir. Belə olan halda 100 minlik bir seçici kütləsi ilə ən azından sayı bir milyondan artıq olan paşinyanın seçiciləri qarşısında davam gətirmək və parlamentə düşmək mümkündürmü? Təbii ki, yox.  
     Bundan başqa Ermənistan ictimaiyyətində Qarabağ erməni klanınına nifrət hər zaman yüksək səviyyədə olub və bu gün də onların hakimiyyətə qayıtmasına qarşı demək olar ki, 95 faiz əhali çıxış edir.
    Digər seçkiqabağı kompaniya zamanı Robert Köçəryan və Serj Sarqsyanın Nikol Paşinyana qarşı bütün vasitələri işə salıb yaylım atəşlərini bitirdikləri halda Baş Nazir vəzifələrini icra edən şəxs isə hələ əsas silshını işə salmayıb. Yaxın günlərdə onun bu iki eks prezidentə qarşı sürpriz demarşlarının şahidi olacağıq. Paşinyanın bu çıxışları eks prezidentlərin nəinki parlamentə düşmələırinin qarşısını alacaq, hətta Qarabağ erməni klanının tabutuna son böyük mıxı vuracaq.
     Bundan sonra Robert Köçəryan və Serj Sarqsyan hakimiyyətdə təmsil olnmalarını yalnız yuxularında görəcəklər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31