Ermənistanda “cadugər ovu” davam edir
Ermənistanda seçkiöncəsi “cadugər ovu” davam edir. Dünən “Şərəfim var” seçkil blokundan deputatlığa namizəd, Armavirin sabiq meri və Serj Sarqsyanın “pul kisəsi” Ruben Xlqatyan da həbs olunub.
11 İyun 2021 15:06 SiyasətErmənistanda seçkiöncəsi "cadugər ovu" davam edir. Dünən "Şərəfim var" seçkil blokundan deputatlığa namizəd, Armavirin sabiq meri və Serj Sarqsyanın "pul kisəsi" Ruben Xlqatyan da həbs olunub. Ermənistan baş prokuroru mətbuata açıqlamasında Ruben Xlqatyanın 9 milyon dram (17289 ABŞ dolları) rüşvət verərkən saxlanıldığını deyib. "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Serj Sarqsyanın dəstək verdiyi, Ermənistan Milli Təhlükəsizlik xidmətinin sabiq sədri Artur Vanesyanın rəhbərlik etdiyi "Şərəfim var" blokundan isə Ruben Xlqatyanın həbsinin siyasi xarakter daşıdığını bildirirlər: "Ermənistanda seçkiöncəsi diqqət çəkən məqamlardan biri də orduda yoxlamaların aparılması və yeni korrupsiya faktları ilə bağlı cinayət işlərinin açılmasıdır. Görünür Nikol Paşinyan orduda Robert Köçəryan və Serj Sarqsyanla bağlı olan və yaxud sabiqlərlə əlaqədə şübhəli bilinən hər kəsi neytrallaşdırmağa, çeçriliş, yaxud hərbi müdaxilə ehtimallarının qarşısını indidən almağa çalışır".