“Ərdoğan Makronla bu mövzuda danışmayacaq” - Açıqlama

"Makronun məsələyə hansı aspektdən yanaşacağı məlumdur. O təbii ki, görüşdə Ermənistanı müdafiə edəcək, ermənilər üçün nələrisə əldə etməyə çalışacaq.  Bu səbəbdən düşünürəm ki, Ərdoğan onunla görüşdə Qarabağ məsələsini müzakirəyə qəbul etməyəcək".

Bu sözləri  açıqlamasında Fransa Prezidenti İmmanuel Makronun NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə digər məsələlərlə yanaşı, Qarabağ və Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə etmək istədiyi barədə fikrinə münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib: 

"Ermənipərəst Makronun Ərdoğanla Qarabağ məsələsində hansı istiqamətdə danışacağı və bu müstəvidə hansı mövzuları qaldıracağı məlumdur. Bu mənada düşünürəm ki, Türkiyə Prezidenti böyük ehtimalla Makronla danışıqlarda Qarabağ məsələsini dartışmağa razı olmayacaq.  Digər tərəfdən, istənilən ölkə rəhbərinin Ərdoğanla  Qarabağ münaqişəsinin müzakirəsini aparması Azərbaycanın xeyrinədir".

Qeyd edək ki, 14 iyunda NATO-nun Brüssel sammiti çərçivəsində Fransa və Türkiyə prezidentlərinin görüşü gözlənilir. Görüşdə Liviya, Suriya və Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilir. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31