Deputat: “Ölkədə  milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib”

”Ölkənin yeni çağırışlar qarşısında olduğu şübhəsizdir. Bunun üçün də milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib.

"Ölkənin yeni çağırışlar qarşısında olduğu şübhəsizdir. Bunun üçün də milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib. 2 fevral tarixində prezident tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi təsdiq edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deyən  deputat Elşad Mirbəşiroğlu bildirib ki, bu sənəd çərçivəsində ixrac potensialının gücləndirilməsi təklif olunub: "Ölkənin iqtisadi artım potensialı daha ciddi addımların atılmasını zəruri edir. Azərbaycan brendinin dünyada tanıdılması əsas məsələlərdən biridir. Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Təklif edirəm ki, aidiyyəti qurumlar Azərbaycanda ixracat qurumlarının inkişafı sahəsində addımlar atsınlar. Gələcəkdə Azərbaycanın beynəlxalq əməkdaşlığı üçün bu çox vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31