Soçidə Rusiya, Qazaxıstan və Belarus liderləri Nikola Qarabağla bağlı təklif veriblər?

"Dünən, Serj Sarkisyan Paşinyana qarşı çoxdan vəd etdiyi "kompromat"ını açıqladı. Kompromatda söhbət Paşinyanın səs yazısından gedir". "Olaylar" xəbər verir ki, politoloq Zaur Məmmədov qeyd edib ki, guya 2018 - ci ildə Soçidə rəsmi tədbirdən sonra, Rusiya, Belarus və Qazaxıstan liderləri Paşinyana Dağlıq Qarabağla bağlı həll variantı təklif ediblər: "Bildiriblər ki, "sən indi çox populyarsan, Qarabağ məsələsini həll etmək üçün tarixi şansın var". Paşinyan isə onlardan soruşub: - Yaxşı, tarixi bir şansim varsa, Sizin dediyiniz həll yolu nədən ibarətdir? Cavab, "Lavrov planı və bu plana uyğun olaraq qoşunların Qarabağdan geri çəkilməsi və s. kimi təkliflər" olub. Paşinyan isə Qarabağın statusu müəyyənləşdirilmədən bu məsələnin müzakirə oluna bilməyəcəyini deyib. Səs yazısında Paşinyan hadisəni  kiməsə danışır, bu şəxsin kimliyi bəlli deyil. Maraqlıdır kı, bu dırnaqarası kompromat Paşinyanı nüfuzdan salmır, tam əks reaksiyaya səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31