Köçəryanın Qarabağ erməni klanını hakimiyyətə qaytarmaq cəhdləri
İyunun 7-dən Ermənistanda seçkiqabağı kompaniyaya rəsmi şəkildə start verilib. Seçkilərin isə iyunun 20-də keçirilməsi qərara alınıb
10 İyun 2021 10:28 Siyasətİyunun 7-dən Ermənistanda seçkiqabağı kompaniyaya rəsmi şəkildə start verilib. Seçkilərin isə iyunun 20-də keçirilməsi qərara alınıb. Ekspertlərin fikrincə 1-ci yer uğrunda mübarizə Baş Nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanın rəhbərliyi altında " Vətəndaş müqaviləsi " bloku ilə keçmiş prezident Robert Köçəryanın rəhbərliyi altında "Ermənistan " bloku arasında gedir. Amma bu o demək deyil ki, kiçik partiyalar oyundankənar vəziyyətdədir. Onların müəyyən mərhələdə həlledici rol oynayacağı istisna olunmur. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, seçkiqabağı parlament kompaniyası iyunun 18-nə qədər davam edəcək. Sonra isə "sükut günü" elan olunacaq. Lakin Köçəryanın seçki qərargahından verilən məlumata görə onların bloku "sükut gününü" də sakit qalmaq istəmir və bu günü ikinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilər üçün "matəm günü" elan edərək tədbirlər keçirmək istəyir: "2021-ci il növbədənkənar parlament seçkiləri Ermənistan tarixində ilk dəfə yalnız partiyaların təqdim etdikləri siyahilər əsasında keçirilir. Elə buna görə də rekord sayda iştirakçılar qeydiyyatdan keçiblər. 23 partiyanı təmsil edən 4 blok seçkilərdə iştirak edir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4%, iki partiyalı bloklar 8%, üç partiyalı bloklar 9%, 4 və daha artıq bloklu partiyalar isə ən azı 10%-lik baryeri aşmalıdırlar. Seçkilərin nəticələrinə görə parlamentə keçən partiyalar koalisiyalarda birləşərək hökuməti qura bilməsələr bir aydan sonra ilk iki yeri tutan partiya və ya blokların iştirakı ilə seçkilərin ikinci tur keçiriləcək. Qeyd etdiyimiz kimi Parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanla ikinci Prezident Robert Köçəryan arasında gedir. Robert Köçəryan 1998-2008 ci illərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri bu seçki kompaniyasında təbliğat materialı kimi istifadə edir. Onun fikrincə, məhz bu dövrlər Ermənistanın fəal inkişaf etdiyi və öz təhlükəsizliyini təmin etməyə qadir olduğu qızıl dövrləri olub. Köçəryan məhz Paşinyan hakimiyyətinin ölkəni üçüruma sürüklədiyini əsas gətirərək belə vəziyyətdə sakit tamaşaçı funksiyasında qala bilməyəcəyini əsas gətirərək erməni xalqının acınacaqlı günündə ona rəhbərlik etmək istədiyini bildirir".
Politoloq hesab edir ki, bütün bunlar Robert Köçəryan əlində tutduğu və seçki zamanı istifadə etmək istədiyi səbəblərdir. Lakin keçmiş Prezidentin əsil məqsədi tamamilə fərqlidir və bu məqsədlərdən erməni xalqının məlumatı var. Elə buna görə də müxtəlif təşkilatların rəy sorğularında Robert Köçəryan az qala reytinqdə Paşinyana bərabər olduğunu göstərmələri seçkiqabağı təbliğatdan başqa bir şey deyil: "Erməni xalqı nankor olub onlara qonşuları və digər millətlər tərəfindən edilən yaxşılığı unuda bilərlər, amma Robert Köçəryan və Serj Sarqsyanın Qarabağ erməni klanını onların başına çıxardığı günləri uzun zaman unutmayacaqlar, onlar növbəti dəfə bu klanın nökərçiliyi altına düşmək fikrindən çox-çox uzaqdırlar. Robert Köçəryan seçkiyə erməni xalqını düşünərək getsəydi o, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Paşinyana qarşı koalisiya yaratmaq təklifini qəbul edər və birlikdə seçkilərdə iştirak edərdilər.Robert Köçəryan öz xələfinin təklifini qəbul etməməsini "mənəvi" səbəblərlə əlaqələndirdi. Bu mənəvi səbəblər isə ilk prezidentin Ermənistanda elə ilk dəfə Qarabağ erməni klanı haqqında ucadan danışması hesab olunur.Robert Köçəryanın seçkiyə qoşulmaqda ilk məqsədi özünü və ailəsini yenidən hakimiyyətə gələcək Nikol Paşinyanın qəzəbindən qorumaqdır. Məlum olduğu kimi Baş Nazir vəzifələrinin müvəqqəti icraçısı Robert Köçəryanı uzun müddətli həbsxanaya atmağa ciddi çalışsa da buna nail ola bilmədi. Rusiya və satqın erməni hakimləri Köçəryanı həbsxana divarlarından azad edə bildilər. Amma müvəqqəti, Paşinyan situasiyaya uyğun hərəkət edərək Robert Köçəryanı azadlığa buraxmağa məcbur oldu. Amma o başa düşür ki, Köçəryan azadlıqda olduğu müddətdə onun Ermənistana rəhbərlik etməsi və nəzərdə tutduğu reformaları həyat keçirməsi olduqca çətindir. Buna görə heç şübhəsiz, yenidən hakimiyyətə gəldikdən sonra Paşinyanın ilk vəzifəsi Robert Köçəryanla məsələni sona çatdırmaq olacaq. Belə olan halda Robert Köçəryan özünü və ailəsini qorumaq üçün seçkiyə qatılmağa məhkumdur".
Ə.İbrahimov bildirib ki, Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirak etməkdə ikinci məqsədi Qarabağ erməni klanını yenidən Ermənistanda siyasi səhnəyə qaytarmaqdan ibarətdir. Bu klanın rəhbərlərindən biri kimi ona məlumdur ki, Paşinyan qarşısında maneə hiss etdiyi bu qrupu dağıtmaqla məşğuldur və onların didərgin salınacağı gün uzaq deyil. Məhz Qarabağ klanını hakimiyyətə qaytarmaq iddiası Koçaryanı seçkilərdə iştirak etməyə məcbur edən növbəti səbəbdir: "Belə olan halda iyunun 20-də növbədənkənar parlament seçkilərində qutuya yaxınlaşacaq ermənilərin Robert Köçəryanın bu məqsədlərindən xəbərlərinin olmaması mənə şübhəli görünür. Elə bu baxımdan Rusiya və Qarabağ erməni klanının müxtəlif manipulyasiyalar vasitəsi ilə Robert Köçəryanın reytinqinin yuxarı qaldırılması cəhdləri heç bir fayda verməyəcək. Robert Köçəryanın hakimiyyətə yolu çox daralıb və bu seçkilər nəticəsində tamamilə bağlanacaq".
Alim
Olaylar.az