Tarixə düşmüş qardaşlıq nümunəsi
9 İyun 2021 14:19 Siyasət"Türkiyə və Azərbaycan arasındakı əlaqələr bir qardaşlıq nümunəsidir. Bu əlaqələr keçmiş bir tarixi dəyərlərə söykənən bağlılıqdır. Hər bir sahədə - iqtisadi, hərbi, mədəni və digər sahələrdə də böyük əlaqələrə malikdir. Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanında olduğunu beynəlxalq aləmə göstərmişdir". Bunu "Olaylar"a deyən Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənovun sözlərinə görə, Türkiyənin Ağ dənizdə olan Avropa, xüsusən, Yunanıstanla olan gərginlik zamanı Azərbaycanın qətiyyətlə qardaş ölkə Türkiyənin yanında olduğunu bildirmiş və bütün anlarda dəstəkləyəcəyini bildirmişdir. Türkiyə də öz növbəsində hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən, 44 günlük Vətən müharibəsində bütün cəbhələrdə Azərbaycana dəstək verdiyini bildirdi: "44 günlük Vətən savaşından sonra əsas gündəmdə olan Zəngəzur dəhlizidir ki, Ermənistan məlum bəyanatdan sonra dəhlizin açılmasından boyun qaçırdır. Qardaş Türkiyə həmişəki kimi bu məsələ də də Azərbaycanın yanında olduğunu və hər zaman da olacağını bəyan edir. Prezident İlham Əliyevin hər zaman Türkiyə ilə əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahədə qarşılıqlı əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir".