Azərbaycan-Türkiyə arasında ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi!

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir.Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir.Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir". Bunu "Olaylar"a deyən, Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəllimi Aişən Vəliyevanın sözlərinə görə, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir: "Əliyev-Ərdoğan birliyi və həmrəyliyi,dövlət başçılarının bir-birinə "qardaşım" deyərək müraciət etmələri xalqımız üçün də,dünya birliyi üçün də nümunədir.İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31