Britaniya Azərbaycanla işləməyə davam edir - Səfir
8 İyun 2021 14:00 SiyasətBritaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.
Səfir bildirib: "Keçən cümə Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi. Mina partlaması zamanı yaralanan və həlak olanların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı veririk. Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31