Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki şəhərində baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.
7 İyun 2021 11:06 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki şəhərində baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.
Olaylar.az bu barədə XİN-in "Twitter" səhifəsinə istinadən məlumat verir.
Bəyanatda deyilir: "Biz Qotki şəhərində baş verən qatar qəzası ilə bağlı dərindən kədərləndiyimizi ifadə edirik. Həlak olan 30 sərnişinin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Bizim fikirlərimiz və dualarımız bu ağır gündə qardaş Pakistanladır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31