Sərhəddə növbəti qarşıdurma – Azərbaycan hərbçiləri ermənilərlə əlbəyaxa oldu, çox sayda yaralı var
3 İyun 2021 00:58 SiyasətErmənistan-Azərbaycan sərhədində növbəti insident baş verib.
Busaat.az tert.am-a istinadən xəbər verir ki, hərbçilər arasında toqquşma Geqarkunik bölgəsində qeydə alınıb.
Erməni mənbələrinin verdiyi məlumata görə, əlbəyaxa dava zamanı Ermənistan ordusunun bir neçə hərbçisi xəsarətlər alıb. İnsident zamanı odlu silahdan istifadə edilməyib.
Ermənistan Müdafiə Nazirliyi insident ilə bağlı açıqlama verib. Nazirlik yüksək komandanlıq tərəfindən davanın qarşısının alındığını bildirib.
Əlavə edək ki, Geqarkunik rayonu Tovuz və Gədəbəy ilə həmsərhəddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31