Ağdam regionda ən yaşamalı yer olacaq
Prezidentimiz təməlqoyma törənində çox doğru buyurdu, biz müstəqil olmasaydıq, indi baş verənləri heç ağıla gətirmək mümkün deyildi. Məhz dərin ağıla, üstün zəkaya dayanan müstəqil siyasətin nəticəsidir ki, Qafqazın Xirosiması adlandırılan bir şəhərin xarabalıqları üzərində layihəsindən də göründüyü kimi ekoloji standart və infrsartrukturun mükəmməlliyi baxımından təkcə Azərbaycanda yox, bütün regionda ən yaşamalı yer olacaq, əvvəlkindən daha gözəl və daha möhtəşəm bir Ağdam salınır”.
31 May 2021 15:33 SiyasətPrezidentimiz təməlqoyma törənində çox doğru buyurdu, biz müstəqil olmasaydıq, indi baş verənləri heç ağıla gətirmək mümkün deyildi. Məhz dərin ağıla, üstün zəkaya dayanan müstəqil siyasətin nəticəsidir ki, Qafqazın Xirosiması adlandırılan bir şəhərin xarabalıqları üzərində layihəsindən də göründüyü kimi ekoloji standart və infrsartrukturun mükəmməlliyi baxımından təkcə Azərbaycanda yox, bütün regionda ən yaşamalı yer olacaq, əvvəlkindən daha gözəl və daha möhtəşəm bir Ağdam salınır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Qeyd edib ki, Ağdamın, digər yaşayış məsəkənlərimizin altını-üstünə çevirənlər, oralarda daş üstdə daş qoymayanlar və onları öz svilizasiyalarının bir parçası sanaraq davamlı dəstəkləyənlər, yığdıqları o daşları ətəklərindən tökməli, yeni reallığın fəlsəfəsinə uyğun hərəkət etməlidirlər: "Həmsədr dövlətlərdən ikisi artıq bitmiş münaqişənin özlərinin dediyi kimi "uzunmüddətli siyasi həlli"ndənsə Azərbaycanla Ermənistan arasında böyük sülh anlaşmasının bağlanmasından danışmalıdırlar ki, onun da yolu hər iki tərəfin bir-birinin torpaq bütünlüyünü tanımalarıdan keçir. Dövlətimzin başçısının verdiyi bəyanatlardan da görünüdyüy kimi Azərbaycan buna hazırdır. Ermənistana guya canı yanırmış kimi davrananlar qonşularına nifrət xəstəliyinə yoluxdurulan toplumu sülhə hazırlamalıdırlar. Həm də ona görə ki, həmən toplumun xəstələndirilməsində onların da rolu az deyil. Amma təəssüf ki, bir sıra hallarda onun əksini edirlər. Paradoksal səslənəcək, ancaq görünən budur ki, Azərbaycanla Türkiyə və bir də bəlkə, Gürcüstandan başqa Ermənistanın normal qonşuluq prinsiplərinə, qarşılıqlı faydaya dayanan siyasət yeridən müstəqil dövlətə çevrilməsini heç kim istəmir. Həm də forpost üzərində təsirləri olması səbəbindən böyük güclərin belə demək mümkünsə, dövrəsində fırlanan hay diasporuna belə bu, əl vermir. Çünki Ermənistan müstəqil olarsa, onda onların rəsmi İrəvana təsirləri və demək həmən güçlər üçün dəyərləri də azalır. Ona görə də bir daha vurğulayıram, əgər doğrudan da Ermənistana canları yanırsa, Minsk qrupuna həmsədrlik edənlər, ona dəstək adı altında regionda gərginliyin qorunub saxlanmasına çalışmamalıdırlar.
Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı onların, özəlliklə də Fransanın ortaya qoyduğu mövqe məhz bundan -gərginliyin qalmasında maraqlı olmalarından xəbər verir. Həmsədrlərin üçü də, ilk növbədə də Rusiya gözəl bilir ki, Azərbaycan özünün keçmiş SSRİ dönəmindəki sərhədlərinin digər MDB ölkələri kimi "uti Possidetis iuris", yəni səninki səndə, mənimki məndə prinsipi üzrə bərpasını istəyir və məhz bu prinsipə dayanaraq qarşı tərəflə delimitasiya-demarkasiya danışıqlarına hazırdır. Hazır omayan Ermənistan və belə görünür ki, havadarlıq adı altından ona geosiyasi təsir aləti kimi yanaşanlardır".