Arutyunyan Şoyqu ilə sərhəddəki vəziyyəti müzakirə etdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
31 May 2021 14:16 SiyasətRusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, Qarabağdakı Rusiya sülhməramlılarının qarşıya qoyulan tapşırıqları icrası durumunu müzakirə ediblər.
Qeyd edək ki, V.Arutyunyan mayın 27-də Moskvada səfərdə olub və S.Şoyqu ilə görüşüb. unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31