Səbinə Xasayeva: «Azad edilmiş əra­zi­lə­ri­mizdə şəhərlər, kəndlər  yenidən qurulacaq».

Səbinə Xasayeva deyib ki, ölkə başçısının sərəncamı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm “Xarıbülbül” fes­tivalı keçirildi.

"Əks-hücum əməliyyatı kimi başlayan, Ali Baş Komandanın döyüş əmri ilə Vətən müha­ri­bəsi kimi davam edən döyüşlərdə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Beynəlxalq təş­ki­lat­ların illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. 2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi. Dünyanın aparıcı dövlətləri Azərbaycan Respubli­ka­sı­nın Prezi­den­ti Cənab İlham Əliyevin Mü­zəffər sərkərdəliyi ilə Vətən müharibəsində torpaq­la­rı­mızı iş­ğal­dan azad edən Azərbaycan Ordusunun qüdrətinə heyrətləndi. Bəziləri sevgidən, bəziləri gözgötürməzlikdən".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, ölkə başçısının sərəncamı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm "Xarıbülbül" fes­tivalı keçirildi. Bu festival azərbaycançılığın qüdrəti kimi izlənildi: "Festivalda ölkə başçımız dedi: "Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qar­daş­lıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır". Bu fikirlər Azərbaycanın tolerant dövlət olduğunun təsdiqi kimi dərk edildi. İşğaldan azad edilmiş ərazilərə səfərlərində səfirliklərin rəsmiləri, ayrı-ayrı media nüma­yən­dələri erməni vəhşiliyinin mahiyyətini dərindən dərk etdilər. Gördülər ki, ermənilik bəşərə düş­mən­çilikdir".
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş əra­zi­lərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlənəcəyinin təsdiqidir: "Ölkə baş­çı­sı­nın mayın 28-də Ağdam rayonuna səfəri də bunun təsdiqidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın niyə münaqişənin sülh yolu ilə həllindən ya­yındığını belə ifadə etdi: "Baxın, müdafiə xətti, Ağdam şəhərinə qədər düşmənin bir neçə mü­dafiə xətti var idi". Azərbaycan ordusu bu sədləri darmadağın etdi".
Səbinə Xasayeva qeyd edib ki, azad edilmiş əra­zi­lə­ri­mizdə şəhərlər, kəndlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəh­bər­liyi ilə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarına böyük sədaqətlə, azərbay­can­çı­lı­ğın qüdrəti ilə yenidən qurulacaq. Ağdam da yenidən qurulacaq, Ağdam yenidən gözəlləşəcək"..
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31