Sərhəddəki təxribat xəbərləri kimlərin planıdır? - AÇIQLAMA

"Zəngilan istiqamətində yenə təxribat törədilməsinə və 2 nəfər erməni diversantın əsir götürülməsinə dair yayılan xəbərlər əsasən ölkənin heç bir dəyəri olmayan və 8 ay bundan əvvəl mətbuatda yayılan fotolardan istifadə etməklə əhalidə növbəti narahatlıq yaratmağa cəhd etdilər".

"Zəngilan istiqamətində yenə təxribat törədilməsinə və 2 nəfər erməni diversantın əsir götürülməsinə dair yayılan xəbərlər əsasən ölkənin heç bir dəyəri olmayan və 8 ay bundan əvvəl mətbuatda yayılan fotolardan istifadə etməklə əhalidə növbəti narahatlıq yaratmağa cəhd etdilər".

Bunu  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, feyk məlumatlar çox kövrək atəşkəs rejiminin yenidən pozulmasına cəhddir:

"İctimiyyətimizin zəif cəhəti odur ki, onlar bu tip feyk məlumatları izləməkdə hələ də davam edirlər. Sosial şəbəkə istifadəçilərimiz hələ də özlərinə layiq olan daha samballı sayt, səhifə və yaxud digər resursları seçməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, ictimiyyəti bu istiqamətdə məlumatlandırmaq üçün bu sahədə müəyyən bir marifləndirmə işləri aparılmalıdır. Vətəndaş hələ də özünə etibarlı mənbə seçə bilmir. Əfsuslar olsun ki, bu, hələ də belədir. 

Yayılan bu tip feyk məlumatlar təbii ki, ortada olan çox kövrək atəşkəs rejiminin yenidən pozulmasına cəhdlər Ermənistan tərəfinin maraqlarına daha çox xidmət edir. Çünki orada seçkiqabağı bir proses var. Bu prosesdə hələ ki Paşinyan öndədir. Görünür, Paşinyanın seçilməsini istəməyən qüvvələr bu vəziyyətdə müəyyən gərginliyin yaranmasını və seçkilərn fövqəladə hal elan olunnması səbəbindən təxirə düşməsini istəyirlər. Ona görə də, biz bu kimi hadisələrə soyuqqanı yanaşıb, etibarlı mənbələrin bunu təsdiqləməsindən sonra ona istinad etməliyik. Təəssüf ki, hələ də bu, belə deyil".  milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31