Zəngilana hücum edən düşmən məhv edildi, ƏSİRLƏR VAR

Erməni təxribatçılarının gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.

Bu barədə hərbi ekspert Rizvan Hüseynov feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, 9 nəfərə yaxın diversant Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib. Diversantlardan bir neçəsi məhv edilib, ikisi isə əsir götürülüb.

Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca diversantların axtarışı əməliyyatını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31