İşğaldan azad olunmuş şəhər və rayonlar ən yüksək dünya standartlarına uyğun bərpa olunacaq
29 May 2021 18:46 Siyasət44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri də işğaldan azad edilən ərazilərin bərpasıdır. Artıq bu istiqamətdə demək olar ki, bütün işğaldan azad edilən rayonlar üzrə işlərə start verilib. Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, işğaldan azad edilən rayonlarda aparılan quruculuq-abadlıq işləri birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı müntəzəm olaraq azad edilən ərazilərə səfər edərək görülən işlərlə yaxından tanış olur, müvafiq tapşırıq və tövsiyələrini verir. Bu günlərdə Prezident İlham Əliyev növbəti dəfə Ağdama səfər edərək bir sıra obyektlərin tikintisi işlərinə start verdi, onların təməlini qoydu.
Prezidentin Ağdam səfərinə diqqət çəkən millət vəkili Nəsib Məhəməliyev deyir ki, 200 il ərzində itirdiklərimizin xeyli hissəsini cəmi 44 gündə bizə ərmağan edən qələbənin tarixi əhəmiyyəti barədə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yazılıb, yazılır və hələ çox yazılacaqdır: "Bu təbiidir. Ən azından ona görə ki, dünya hərb tarixinə məhz döyüş meydanlarında qələbə çalmış millətlərin və onların Liderlərinin adları qızıl hərflərlə yazılır. Bütün bunlarla yanaşı, mənə görə bu Qələbənin ən böyük əhəmiyyəti millətin sınmış qürurunun bərpa olunmasıdır. Son 30 ildə harada olmağımızdan asılı olmayaraq, Qarabağın işğalı nəticəsində natamamlıq kompleksi yaşayırdıq. Erməni kimi qorxaq millətə uduzmağımızı həzm edə bilmirdik. Sonsuz şükürlər olsun Allaha. Qürurumuz özümüzə qayıtdı və milli psixologiyamızda 180 dərəcəlik müsbətə doğru dönüş yarandı. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin".
Deputat qeyd edib ki. dünən Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna növbəti səfərini reallaşdırdı: "Ölkə Başçısının işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər birisi bir tarixi hadisədir. Ancaq mənə elə gəlir ki, bu günki Ağdam səfəri öz zənginliyinə, məzmununa görə əvvəlkilərdən xeyli fərqlənir. Prezidentin hərbi əməliyyatların mahiyyətini açıqlaması, Ağdamın yenidən qurulması, gələcək planlar barədə mülahizələri, ağdamlılarla aparılan müzakirə və uşaqlığını, gəncliyini orada keçirmiş insanların sevincləri diqqət çəkirdi. Səfər çərçivəsində Ağdam şəhərinin, açıq və qapalı Zəfər muzeylərinin, məşhur 1№ li məktəbin, sənaye parkının, əsası qoyuldu. Ağdam şəhərinin yeni baş planı, nəzərdə tutulan parkların, stadionun, atçılıq mərkəzinin, şəhər kənarı meşəliklərin, aqrokomplekslərin, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sisteminin, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin təqdimatı baş tutdu".
Deputat hesab edir ki, işğaldan azad olunmuş şəhər və rayonların ən yüksək dünya standartlarına uyğun bərpa olunacağına heç kim şübhə etmirdi: "Bu barədə Prezident əvvəlki çııxışlarında toxunmuşdu. Ancaq etiraf edək ki, təqdim olunan layihələr fantastikdir. Hər hansı mübaliğədən kənar, bütün aspektlərinə görə zamanı qabaqlayan layihələrdir. İnsanın ən yüksək tələblərə cavab verən komfort yaşayışını təmin etmək üçün bütün incəliklər nəzərə alınmışdır. Belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzulaması şübhəsizdir. Belə bir estetikanı görən mənfur qonşularımızın keçidikləri hissləri, düşüncələrini təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, bu günki görüşü televiziya vasitəsilə izləyən hər kəs xüsusi zövq aldı. Prezidentin Ağdam şəhərini, inzibati rayonunu, su resurslarını belə yaxından bilməsi isə, hər kəsi təəccübləndirməklə, onun bu sahədə yüksək peşəkarlığının göstəricisidir. Qələbə epopeyası davam edir. Yaxın zamanlarda daha çox yeniliklərlə təəccüblənəcəyimizə şübhə yoxdur. Uğurlar AZƏRBAYCAN !!!"
Süleyman