Türkiyə Belarusu NATO-nun “qəzəbindən” qoruyur

Kütləvi informasiya vasitələrindən əldə olunan məlumata görə Türkiyə NATO-nun Rynair sərnişin təyyarəsi ətrafında baş verən insidentlə əlaqədar  Belarusa qarşı tətbiq etmək istədiyi "cəz tədbirlərinə" qarşı çıxıb və Minskin bu blok tərəfindən ciddi cəzalandırılmasının qarşısını alıb. Ankaranın bu addımı atmasının əsas səbəbiini Moskva ilə münasibətlərin saxlanılması və Rus turistlərinin yayda yenidən qəbul etmək istəyi ilə əlaqələndirirlər. Lakin diqqətlə analiz etdikdə Türkiyənin bu jestini təkcə iqtisadi maraqlar çərçivəsində izah etmək sadəcə sadəlövhlükdür. Dövlətlərarası münasibətlərin həyata keçirilməsində siyasi məsələlərə hər zaman üstünlük verən Türkiyənin bu dəfə də eyni məqsədlər güdməsi şübhəsizdir.
 
      Türkiyə NATO-nun Ryanairlə bağlı hadisəyə görə Belarusa qarşı ciddi tədbirlər görməsinə qarşı çıxdı. Onun etirazı alyans üzvləri tərəfindən eşidildi və sanksiyalar tətbiq olunmadı. Belarus cüzi tənqid formasında cəzaya  məruz qalaraq NATO ilə əvvəlki münasibətləri qorumağa nail oldu. Heç NATO üzvləri də Türkiyənin Belarusa qarşı sanksiyalar tətbiq etməklə bağlı sanksiyara qarşı çıxmasına ciddi etiraz etmədilər. Onlar sanki Lukaşenko hakimiyyətini ciddi cəzalandırmaq niyyətində deyildilər və Türkiyənin etirazını fürsət kimi qəbul etdilər. Bu bəlkə də NATO ölkələrinin Minskə qarşı ölçü götürməklə əlaqədar müəyyən qüvvələr tərəfində təsirə məruz qalması ilə əlaqədardır.
     Digər tərəfdən, NATO-ya daxil olan ölkələrin Belarusla bağlı hansı tədbirlər görəcəyini müəyyənləşdirməmələri də hadisələrin bu istiqamətdə inkişaf etməsinin əsas səbəbidir.
Avropa Birliyinə daxil olan NATO ölkələrinin Belarusla bağlı   problemi son 30 ildə onların Belarusa qarşı bir strategiyalarının olmamasıdır. Avropa nəyi istəyirdi: Lukaşenko rejimini saxlamaq? Müxalifəti dəstəkləmək? Hətta AB-yə Belarusun daxil olması perspektivi yarana bilərmi?
Bunu Böyük Britaniya tarixçisi Aleksandr Klarkson Almaniyanın "Di Zayt" (Die Zeit) nəşrinə açıqlamasında bildirib.
Onun fikrincə, AB-nin Belarusa qarşı yaxın müddətli strategiyası miqrasiyaya əsaslanmalıdır. Axı ölkə təbii ehtiyatlarla o qədər də zəngin deyil. İstehsal etdiyi məhsullar böyük ölçüdə ixtisaslı işçilərdən asılıdır:
"AB həqiqətən Lukaşenko rejiminə zərbə vurmaq istəyirsə, Belarusdan gələn işçilər üçün əmək bazarını açmalıdır. İT mütəxəssisləri artıq bu imkana sahibdirlər. AB digər ixtisaslar üçün sərhədləri açmalıdır: kənd təsərrüfatı sektoru, səhiyyə və istehsal sahəsindəki mütəxəssisləri Belarusdan cəlb etməlidir".
     Avropa diplomatları Türkiyənin Belarusu müdafiə etməsinin əsas səbəbi kimi Rusiya və onun strateji portnyoru olan  Belarusla münasibətləri qorumaq , Minskə Turkish Airlinesin həyata keçirdiyi gündəlik avia reysləri davam etdirməklə iqtisadi əlaqələri gücləndirmək istəyini göstərirlər. Növbəti səbəbin Türkiyənin bu yay Rus və Belarusdan olan turistlərin yenidən qəbul etmək arzusunda olduğu qeyd olunur. Məlum olduğu kimi bu ilin aprel ayında  COVİD-19 la bağlı vəziyyətin qənaətbəxş olmadığını əsas gətirərək Rusiya Türkiyəyə uçuşları dayandırmağı qərara almışdı.
     Türkiyənin NATO-dakı Belarusun müdafiəsinə yönəlmiş bu addımı Rusiyanın rəsmi strukturları tərəfindən  hələ qiymətləndirilməyib. Lakin Moskva tərəfindən Türkiyənin bu xidmətini yetərincə dəyərləndirəcəyinə heç kimdə şübhə yoxdur. Çünki Avropa Birliyi və Amerika tərəfindən Minskə tətbiq olunan istənilən sanksiyanın əvəzini Moskva Belarusu təqdim etdiyi yardımlar hesabına ödəmək məcburiyyətindədir. Türkiyənin Belarusa vurulan sanksiya zərbəsinin yumşaldılmasında Moskvanın yanında olması həqiqətən təqdirəlayiq və əvəzi ödəniləcək  hal kimi qiymətləndirilməlidir.
      Türkiyəyə gəlincə, o bu addımı ilə təkcə mövcud iqtisadi münasibətləri qoruyub saxlamağı deyil, eyni zamanda daha intensiv münasibətlər qurmağı hədəfləyir. Sanksiyalar nəticəsində Rusiya və Belarusa Avropa Birliyi ölkələri və Amerika Birləşmiş Ştatları tərəfindən qadağan olunan malların Türkiyə tərəfindən təchiz olunması Türkiyə iqtisadiyyatının daha da inkişaf etdirilməsi ilə nəticələnəcəyi heç kimdə şübhə doğurmur.
     Avropa Birliyində və eyni zamanda Amerika Birləşmiş Ştatlarında Rusiya və Belarusa tətbiq olunan sanksiyaların digər fəsadları ilə yanaşı əhalidə bu sanksiyaları tətbiq edənlərə qarşı nifrət hissinin də artacağını nəzərə almamış deyillər. Bu isə sanksiya tətbiq edənlər üçün arzuolunan hadisə deyil. Axı onlar həmişə öz planlarını həyata keçirmək üçün xalq kütlələrinin gücündən istifadə etməyi əsas götürürlər. Buna görə də Türkiyənin Rusiya və Belarusa sanksiyaların təsirlərini azaltmaqda kömək etməsinə  ciddi şəkildə qarşı çıxmayacaqlar ki, sonradan Türkiyəni kömək etməyə onlar icazə verdiyini deyə bilsinlər.
     Türkiyənin NATO-da qəbul edilməkdə olan Belarusa ünvanlanan qərara qarşı çıxması eyni zamanda siyasi dividend  kimi qiymətləndirilməlidir. Bu addımla Türkiyə NATO üzvləri olan Avropa ölkələri arasında nüfuzunu artırmağa nail oldu. Bu Türkiyənin NATO-nun qərarlarına qarşı veto hüququnda istifadə etmək fikrində olduğu birinci hadisə deyi. 2019-cu il alyansın sammitində Türkiyə təhlükəsizliyinin tam təmin edilmədiyini əsas gətirərək az qala ümumi bəyannamənin qəbul edilməsinin qarşısını alacaqdı. Bu görüşdə Türkiyə birmənalı olaraq milli maraqlarının tanınması və təhlükəsizliyinin qorunmasını tələb etmişdi və buna nail olmuşdu.
     Belarusla bağlı hadisə isə Türkiyənin NATO daxilində ciddi oyunçu olduğunu bir daha sübut etdi. Bundan sonra Fransa. Almaniya, İtaliya kimi ölkələr NATO çərçivəsində ciddi qərarlar qəbul etdiyi zaman ilk dəfə Türkiyənin münasibətini öyrənməyə cəhd edəcəklər.
Türkiyə bu addımı ilə dost hesab etdiyi ölkələrin arxasında dayanmaq qüdrətinə malik olduğunu da bir daha sübut etdi.
Əlimusa İbrahimov.
Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31