İsraildə mühüm dəyişiklik Azərbaycana necə təsir edəcək? Netanyahu gedir?!
"Uzun müddət idi ki, bu dövlətdə hökumət böhranı yaşanırdı. Seçkilərdə qalib gəlmiş, lakin təkpartiyalı hökumət formalaşdırmağa seçkilərdə aldığı səsi çatmayan Netanyahu heç bir partiya ilə razılığa gəlməyəndən sonra Nazirlər kabinetinin formalaşdırılması digərlərinə tapşırılır".
29 May 2021 12:13 Siyasət"Uzun müddət idi ki, bu dövlətdə hökumət böhranı yaşanırdı. Seçkilərdə qalib gəlmiş, lakin təkpartiyalı hökumət formalaşdırmağa seçkilərdə aldığı səsi çatmayan Netanyahu heç bir partiya ilə razılığa gəlməyəndən sonra Nazirlər kabinetinin formalaşdırılması digərlərinə tapşırılır". "Olaylar" xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Bildirib ki , Yair Lapid və Naftali Bennett kabinet qurulması mövzusunda razılığa gəldikləri üçün, Baş nazir Netanyahu vəzifəsindən kənarlaşdırılacaq.
Naftali Bennet 2023-cü ilə kimi, 2023-cü ilədən 2025-ci ilə kimi isə Baş Nazir postunu Yair Lapid icra edəcək.
Yeni hökumət 10 gün ərzində andiçmə mərasimi keçirəcək.
Xatırladım kı, Bennet seçkilərə iki şüar ilə getmişdi və onlardan biri solçuları hökumətə buraxmamaq idi. Hazırda Bennetin partiyasından olan bəzi deputatlar solçu partiyadan olan Lapid ilə koalisiyaya qarşı çıxsalar da, çox güman kı, onlar səsvermədə bitərəf qalacaqlar, sonra isə istefa verəcəklər.
Qeyd edim ki, vaxtilə telejurnalist olan Yair Lapid 2018- ci ildən başlayaraq hər il aprel ayında qondarma erməni soyqırımının tanınması üçün Knessetdə çıxışlar edir, yerli diasporaya yaxınlığı ilə seçilir. Onun Azərbaycanla bağlı xüsusi çıxışları olmayıb.
Bakı üçün önəmli faktor həm də XİN və MN başçıları postlarının kimlərə həvalə edilməsi olacaq.