Deputat:"Fransa hansı imic və hansı üzlə  özünü vasitəçi  sayır"

"Rusiyanın Zəngəzurun indi Ermənistan sərhədləri içərisində olan hissəsinə əlavə hərbiçilər göndərməsi Nikol Paşinyana həddini göstərməkdir. Həddini göstərməkdir ki, Paşinyan hayları qorumaq adı altında qərbdən regiona kimisə çağırıb gətirə bilməz və həm də ona görə gətirə bilməz ki, Ermənistan müstəqil dövlət yox, hərbi bazadır-Rusiyanın hərbi bazasıdır". Olaylar xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Bildirib ki, Minsk qrupu həmsədrlərinin Azərbaycan-Ermənistan sərhəddində  yaranmış vəziyyəti normallaşdırmaq niyyətləri haqda birgə açıqlamalarına gəldikdə  Qarabağda onlarlıq bir iş qalmadığından delimitasiya və demarkasiya məsələlərində iki ölkə arasında vasitəçilik etmək istəkləri anlaşılandır.
Amma daha çox biz də varıq prinsipiylə vasitəçiliyə can atanlar anlamalıdırlar ki, burada  30 illik süründürməçilik təcrübələri işə keçməyəcək. Bizdə olduğu kimi  həmən həmsədr ölkələrdən birində-Rusiyada da Azərbaycan və Ermənistan sərhədlərinin dəqiq xəritəsi var və Azərbaycanın da istəyi delimitasiyayla demarkasiyanın o xəritə üzrə reallaşıdırılmasıdır.
Bir də maraqlıdır ki, Fransa hansı imic və hansı üzlə  özünü vasitəçi  sayır. Çünki söhbət digər həmsədrlərdən fərqli olaraq  yalandan belə neytral görünmək istəməyən dövlətdən gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31