Çavuşoğlu Azərbaycanı belə təbrik etdi - VİDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Olaylar.az xəbər verir ki, türkiyəli nazir sosial şəbəkə hesablarında bildirib:

"Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31