Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Olaylar.az xəbər verir ki, diplomat Respublika Günü ilə əlaqədar videomüraciət yayıb.

"Xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmlətmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlığın gələcəkdə də inkişafı naminə bilrikdə işləməyə davam edəcəyik. Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, sülh və tərəqqi diləyirəm. Republika Gününüz mübarək!", - C.Şarp deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31