Ermənistanın Kəlbəcərdə diversiyası nəyə hesablanıb?
“Ermənistanda seçkilər yaxınlaşdıqca dövlət sərhədində silhahlı təxribatları davam etdirir. Kəlbəcərdə Ermənistanın diversiya qrupunun mina basdırılmasını həyata keçirməsi müharibənin Yerevan tərəfindən bitmədiyini göstərir”.
27 May 2021 14:08 Siyasət"Ermənistanda seçkilər yaxınlaşdıqca dövlət sərhədində silhahlı təxribatları davam etdirir. Kəlbəcərdə Ermənistanın diversiya qrupunun mina basdırılmasını həyata keçirməsi müharibənin Yerevan tərəfindən bitmədiyini göstərir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ermeni siyasi dairələrində, hərbi elitada N.Paşinyana qarşı yeni ssenarilər hazırlanır: "Bundan əlavə, bu təxribatların arxasında, Azərbaycana qarşı bu hücumda N.Paşinyan hakimiyyəti dayanır. Çünki orduya nəzarət edə bilmir, Rusiya Ermənistan ordusunda bu kimi ssenarilərin yaradılmasına rəvac verir ki, iki ölkə arasında münasibətlərin qurulması baş verməsin. Göründüyü kimi 10 noyabr və 11 yanvar razılaşmaları konkret olaraq Rusiya və Ermənistan tandemi tərəfindən sabotaj edilir. Əgər, seçkilərdə N. Paşinyan hakimiyətə qayıda bilməyəcəksə, Ermənistanla müharibəyə hazır olmalıyıq". Politoloqun sözlərinə görə, Rusiya çalışacaq ki, Azərbaycana təzyiq etmək və öz orbitinə çəkmək üçün belə bir lokal müharibədə maraqlı olsun: "Qeyd edim ki, hər həftə Rusiya müdafiə naziri S.Şoyqu Ermenistan müdafiə naziri Vaqarşak Arutunyanla telefonla danışır. Bu, onu göstərir ki, Rusiya Ermənistan ordusunun qurulması və taktiki əməliyyatlar üçün hazırlayır.
Birinci, Rusiya bununla göstərmək istəyir ki, Azərbaycan ərazilərini işğaldan azad etsə də, müharibə başa çatmayıb.
İkinci, Ermənistan ordusunun yenidən komplektləsdirməklə, bu kimi təxribatlarla təzyiq etmək gücündədir
Üçüncü, Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına çalışır.
Dördüncü, Azərbaycanı KTMT üzv etmək belə bir diversiya hallarını artıracaq".
Məhəmməd Əsədullazadə bildirib ki, Ermenistan tərəfindən bu kimi təxribatların davam etməsi gözlənilir: "Müharibədə darmadağın olan erməni ordusunun yenidən hazırlanması bu kimi diversiya halları ilə özünü biruzə verir. Ermənistanla sülh müqaviləsi mümkün deyil və N. Paşinyan hakimiyyətdə qalacaqsa, Moskva əldə edilən razılaşmaların reallaşmasına imkan verməyə bilər. Çünki regionda Türkiyənin rolu artır və bu prosesdə Paris, Moskva və Tehran narahatdır. Hazırda üç ölkə Ermənistanın sərhəddə bu təxribatlarında maraqlıdırlar. Ermənistan satallet ölkədir. Bu ölkənin idarəetməsi öz hakimiyyətindən asılı deyil. Ona görə də Azərbaycan Ermənistanla münasibətlərin qurulmasına hazırlaşmasın. Müharibəyə və sərhədlərinin təhlükəsizliyinə hazirlaşsın".