Ermənistandakı vəziyyət partlamağa hazır bomba kimidir

Ermənitan hakimiyyəti öz ənənəvi üsul və vasitələrindən istifadə etməkdədir. Daha doğrusu hər seçki öncəsi düşmən ölkədə mövcud hakimiyyətlər seçkini qazanmaq üçün əsas diqqəti xarici amilə, Azərbaycana yönəldir. Bu dəfə də Paşinyan seçkilərdə ostədiyi nəticəni əldə etmək üçün dövlət sərhədində vəziyyəti gərginləşdirməyə yönəlik cəhd edib. Hər halda son günlərdə baş verənlər bunu deməyə əsas verir. Ekspertlər məsələyə münasibət bildirərək qeyd ediblər ki, dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə məqsəd seçkilərdə mümkün qələbə qazanmaqdır.

Ermənitan hakimiyyəti öz ənənəvi üsul və vasitələrindən istifadə etməkdədir. Daha doğrusu hər seçki öncəsi düşmən ölkədə mövcud hakimiyyətlər seçkini qazanmaq üçün əsas diqqəti xarici amilə, Azərbaycana yönəldir. Bu dəfə də Paşinyan seçkilərdə ostədiyi nəticəni əldə etmək üçün dövlət sərhədində vəziyyəti gərginləşdirməyə yönəlik cəhd edib. Hər halda son günlərdə baş verənlər bunu deməyə əsas verir. Ekspertlər məsələyə münasibət bildirərək qeyd ediblər ki, dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə məqsəd seçkilərdə mümkün qələbə qazanmaqdır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhədi müəyyənləşdirməyə başlayıb. Onun sözlərinə görə, bu normal proses Ermənistanda narazılıq yaradıb: "Çünki, 30 ilə yaxındır sərhədin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edir və buna alışmışdılar. İndi Azərbaycan hərbçiləri onların bu "alışqanlığına" son qoyur. Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmir və bu İrəvanın daha çox narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər".

Mərkəz rəhbərinin sözlərinə görə. bu arada, Ermənistan belə bir xəbər yaydı ki, Azərbaycan sərhədçiləri atəş açıblar və bir erməni həbsçisi həlak olub: "Ancaq bu xəbəri rəsmi Bakı təkzib etdi. Əksinə bizə tərəf atəş açırlar. Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır. Çünki, Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhədini qorumayacaq duruma sürüklənib. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş edib. Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət - Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, Rusiyanın Azərbaycanın münasibətləri gərginləşəcək. Kreml bunu istəmir. Rəsmi Bakı isə bunun qarşılığında Ermənistana gizli yollarla ötürülən "İsgəndər - M" raketləri məsələsini qabartmamağa qərar verib. İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Rusiya Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyir".

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır: "Biz fasilə vermədən sərhədin müəyyənləşdirilməsi prosesini davam etdirməliyik. Sərhəd müəyyənləşdikcə Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirlər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək".

Siyasi şərhçi Samir Hümbətov deyir ki, son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər getdikcə artmaqdadır: "Dünən isə Ermənistan tərəfindən Şuşa, Kəlbəcər və Gədəbəy ərzisinə açılmış atəş artıq tərəflər arasında üçtərəfli formatda imzalanmış 10 noyabr 2020 və 11 yanvar 2021-ci il müqavilələrinin şərtlərinə Azərbaycan tərəfindən başqa digər tərəflərin əməl etmədiyini, hətta mümkün qaədər vəziyyəti gərginləşdirməyə çalışdığının açıq sübutudur. Təbii ki, Ermınistan tərəfinin son günlər belə "fəallaşması"nın arxasında dayanan səbəblər çoxdur. Əgər biz bu səbəbləri qruplaşdırmaq istərsək, iki qrupa bölmək olar.

Birincisi, Ermınistanın daxilində gedən proseslər və mövcud Paşinyan hökumətinin ölkədə nəzarəti tam şəkildə əlində saxlaya bilmək iqtidarında olmaması.

İkincisi, böyük güclərin Ermənistanda toqquşan maraqları. Yəni seçkiqabağı Ermənistanda baş verən proseslərə bu və ya digər şəkildə təsir etmək istəkləri. Şübhəsiz ki, böyük güclər dedikdə Ermənistanda əsas mübarizənin Rusiya və ABŞ arasında getdiyini demək mümkündür. İran üçün vacib olan hakimiyyətdə kimin olması deyil, ABŞ-ın regionda mühkəmlənməyin qarşısını almaqdır".

Samir Hümbətov hesab edir ki, ona görə də Ermənistan məsələsində ABŞ-a qarşı İran-Rusiya ittifaqını görmək olar: "Son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentdə də mövcud Paşinyan hökumətinin orduya nəzarət imkanlarının azalması da önəmli rol oynamağa başlayıb. Eks prezident Robert Koçaryanın orduda xidmət etmiş 80 qədər general və hərbiçilərlə birləşməsi cəhdləri də vəziyyətin acınacaqlı olmasından xəbər verir. Nikol Paşinyanın Azərbaycanla gizli sülh danışıqlarına getməsi bsrəsində yayılan məlumatlar Ermınistanıda siyasi mühitdə parçalanmanı daha da dərinləşdirməkdədir. İndi Ermənistandakı vəziyyət partlamağa hazır bomba kimidir. Hər an hansısa kiçik məsələlərlə Ermənistan qarışa bilər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31