Ceyhun Bayramov: “Vətən müharibəsi dövründə diasporamız tərəfindən sərgilənən həmrəylik təqdirəlayiqdir”

Mayın 26-da Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb. "Olaylar" xəbər verir ki, nazir tədbir iştirakçılarını Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, ölkəmizin 30 ildən artıq müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səy göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə məlumat verib. O, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Nazir daha sonra Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə danışıb.

C. Bayramov Vətən müharibəsi dövrində diasporamız tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğunu vurğulayıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Daha sonra nazir tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31