MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib
27 May 2021 09:47 SiyasətSəhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31