Müdafiə Nazirliyi açıqlama yaydı: erməni hərbi qulluqçusunun ölümü
25 May 2021 21:25 Siyasət"Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:
Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.
Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.
Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır".