Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
25 May 2021 20:31 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31