“Bizlə belə davranmaq olmaz, Bakı sabah - birigün…” - Koçaryan
25 May 2021 13:46 Siyasət"Əvvəla, hamıya nümayiş etdirməlisən ki, səninlə bu tərzdə davranmaq olmaz. Əgər öz siyasətinlə, bəyanatlarınla belə bir təəssürat yaradırsansa, daim buna bənzər problemlərin olacaq".
Olaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bunu "Ermənistan" bloku liderlərinin mayın 25-də keçirdiyi mətbuat konfransında Sünik və Geharkunik sərhədlərindəki vəziyyəti şərh edərkən söyləyib.
"Nə qədər ki, müəyyən məsələlərdə Ermənistandan əlavə güzəştlərlə bağlı gözləntiləri var, vaxtaşırı bu cür gərginlik ocaqları yaradaraq, hədəflərinə çatmaq üçün ölkəmizə təzyiq göstərəcəklər.
"Ermənistan hazırda qarşılaşdığı təzyiqlərə boyun əyməyəcəyini göstərməlidir. Bəli, ilk növbədə problem danışıqlar yolu ilə həll olunmalıdır, amma təkrar edirəm, bu gün bu məsələ Rusiya Federasiyasının vasitəçiliyi həll olunsa belə, sabah-birigün Bakı başqa bir problemi həll etmək üçün sərhədin digər hissəsində buna bənzər daha bir problem yaradacaq. Vəziyyət belədir, "-deyə Robert Köçəryan vurğulayıb. sfera