Azay Quliyev Prezidentə təşəkkür etdi

"Şuşanın mədəniyyət paytaxtı elan edilməsi haqqında qanun layihəsini qəbul etməklə azad edilmiş ərazilərə böyük qayıdışın necə möhtəşəm olacağını bildiririk". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Şuşa şəhərinə mədəniyyət paytaxtı adının verilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib. Deputat qeyd edib ki, bu qanun layihəsi ilə həmçinin Qarabağda birgəyaşayışın perspektivlərini diqqətə çatdırmış oluruq:

"Torpaqlarımızı işğaldan azad edən bütöv Azərbaycanın banisi kimi tarix düşən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Layihənin qəbul olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31