Ötən il Azərbaycan hansı sahədə uğurlar əldə edib?

"2020-ci il Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazanaraq, 30 ilə yaxın davam edən münaqişəyə son qoydu. Azərbaycan ötən ildə 3 cəbhədə - informasiya, hərbi və iqtisadi böhranla mübarizə cəbhəlində mübarizə aparıb. 2020-ci il həm də dövlətimiz tərəfindən preventiv və çevik addımların atılması ilə əlamətdar il kimi yadda qaldı". "Olaylar" xəbər verir ki,  bunu MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında bildirib. 2020-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərindən danışan komitə sədri diqqətə çatdırıb ki, ötən il pandemiyaya və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı, enerji və digər sahələrdə müsbət irəliləyişlər əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31